Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun verdiyi məlumata görə, 2 dinc sakin həlak olub, 14 nəfər yaralanıb: "Təəssüf ki, bizdə iki ölü var. Bu adamları rusiyalılar öldürüb”.
Kiyev sakinləri güclü partlayışlar barədə məlumat veriblər. Tkaçenko bildirib ki, Ukrayna paytaxtının altı rayonunda hücumun nəticələri qeydə alınıb.
- Yaşayış binaları, avtomobillər, anbarlar, ofis və qeyri-yaşayış binaları yanır”, - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri deyib.
Kiyev meri Vitali Kliçko şəhərin Şevçenkovski, Darnitski, Solomenski, Qolosoyevski və Podolski rayonlarında pilotsuz təyyarələrin qəzaya uğraması nəticəsində yanğınların baş verdiyini açıqlayıb. Şəhərdə havanın çirklənməsinin artdığı qeyd olunur.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


